Britaniyada Türkiyə vətəndaşı olan 26 iş adamının bank hesabları yoxlanılır

Britaniyada Türkiyə vətəndaşı olan 26 iş adamının bank hesabları yoxlanılır
10:27 29 Noyabr 2016
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Böyük Britaniya Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən Türkiyə vətəndaşı olan 26 iş adamının bank hesablarını yoxlamağa başlayıb.
“Report” "Haber-7"yə istinadən xəbər verir ki, Böyük Britaniyanın Maliyyə Araşdırma Şöbəsi Türkiyənin “Koza” Qrupunun keçmiş sahibi Akın İpek və “Asya bankı” İdarə Heyətinin sədri Ali Çelik də daxil olmaqla 26 iş adamı ilə bağlı təhqiqat aparır.
Həmin iş adamlarının Britaniya və Almaniya banklarındakı hesablarında 2 milyard avroya yaxın pul var. Həmin pullar 2013-cü il dekabrın 17-25-dən sonra Avropaya çıxarılıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/region/britaniyada-turkiye-vetendasi-olan-26-is-adaminin-bank-hesablarini-yoxlayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR