Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Futbolçuları aparan təyyarə qəzaya düşdü - FOTO

Futbolçuları aparan təyyarə qəzaya düşdü - FOTO

Date: 29 November 2016 10:28

Braziliyadan olan futbolçuları aparan “LAMIA” hava yolları şirkətinə məxsus “RJ85” tipli sərnişin təyyarəsi Kolumbiya səmasında qəzaya uğrayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qəza zamanı təyyarənin göyərtəsində 72 sərnişin və 9 nəfər ekipaj üzvü olub.

Təyyarə Boliviyadan Kolumbiyaya futbolçuları aparırmış. Çarter reysi ilə uçan təyyarədəki futbolçular Braziliyanın “Chapecoense” klubunun üzvləri olub. Onlar noyabrın 29-da Cənubi Amerika Kuboku uğrunda Kolumbiyanın “Atletico Nacional” klubu ilə oyun keçirəcəklərdi. Qəza nəticəsində təyyarədə olanların sağ qalıb-qalmaması ilə hələlik heç bir məlumat yoxdur.

Xatırladaq ki, “LAMIA” hava yolları şirkəti Venesuela dövlətinə məxsusdur.

Vasif Həsənli




Tags:  Futbolçuları aparan təyyarə qəzaya düşdü FOTO

RƏYLƏR


Top news