Türkiyəli nazir: "Hakan Şükürlə bağlı məsələ bitdi"

Türkiyəli nazir: "Hakan Şükürlə bağlı məsələ bitdi"
10:32 29 Noyabr 2016
113 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç Türkiyədə dövlət çevrilişinə cəhd göstərən FETÖ təşkilatına kömək etməkdə günahlandırılan Hakan Şükür barədə danışıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, nazir yerli mətbuata açıqlamasında "Qalatasaray"ın və Türkiyə millisinin sabiq futbolçusu Hakan Şükürlə bağlı məsələnin bitdiyini deyib:
"Nə olduğu ortaya çıxdığı halda, hələ də bu təşkilatın yanında yer alanlarla bizim heç bir əlaqəmiz ola bilməz. Məsələn, Hakan Şükür... Bir vaxtlar türk futbolunda uğurlar əldə etmiş biridir. Ancaq dövlətə və millətə xəyanət edənlərin yanındasızsa, siz də onlarla əlbir sayılırsız və bu məsələ bitmiş sayılır".
Xatırladaq ki, Türkiyədə Hakan Şükür barədə həbs qərarı verilib. O, FETÖ təşkilatının rəhbəri Fətullah Gülənə dəstək verməkdə ittiham olunur. Hakan Şükür özü isə hazırda ABŞ-da yaşayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR