Bağdaddan Trampa RƏDD CAVABI: “İraq nefti verilməyəcək!”

Bağdaddan Trampa RƏDD CAVABI: “İraq nefti verilməyəcək!”
10:38 29 Noyabr 2016
115 Dünya
Ölkə mətbuatı
A- A+

İraq İŞİD terror qruplaşmasına qarşı mübarizədə ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp administrasiyasından daha çox maddi-texniki dəstək gözləyir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu İraqın baş naziri Hayday əl-İbadi deyib.

Baş nazir Trampla telefon söhbətinin olduğunu deyib. Onun sözlərinə görə, İraq neftinin göstəriləcək yardıma əvəz olaraq verilməsinə baxmaqdan imtina edib. Halbuki, Tramp seçkiqabağı kampaniyası zamanı analoji ideyalar səsləndirirdi.

İŞİD-ə qarşı mübarizədən danışan baş nazir terror təşkilatının tezliklə məğlub olacağını bildirib. Haydar əl-İbadi qeyd edib ki, İŞİD-in Mosulda uzunmüddətli müqavimət göstərməyə qüvvəsi çatışmır.

Qeyd edək ki, İraq ordusu və şiə qüvvələri oktyabrın 17-dən ölkənin ikinci ən böyük şəhəri olan Mosulun azad edilməsi əməliyyatına başlayıb. Şəhər 2014-cü ilin yayından İŞİD-in əlindədir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR