Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Şevçenko: "Postsovet ölkələri məni maraqlandırmır"

Şevçenko: "Postsovet ölkələri məni maraqlandırmır"

Date: 29 November 2016 10:52

Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko hazırda Gürcüstanın baş naziri olan Kaxa Kaladze ilə birgə vaxtilə İtaliya "Milan"ında futbolçu kimi çıxış etdiyi halda, keçmiş SSRİ respublikalarından heç birinin nəhəng klublarda oynamamasının səbəbini açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis "kvirispalitra.ge"yə müsahibəsində postsovet ölkələrinin elə də maraqlandırmadığını bildirib. O, fikrini SSRİ-nin artıq mövcud olmaması ilə əsaslandırıb: "Mən yalnız hazırda çətin dövr yaşayan Gürcüstan və Ukrayna futbolu barədə danışa bilərəm. Çempionatlardakı maliyyələşmənin və klubların sayının azalması, bir çox məşhur futbolçunun yoxa çıxması kimi hallar oyunçuların ustalıqlarında əksini tapır".
Şevçenko ad çəkməsə də, xarici çempionatlarda çıxış edən bir çox ukraynalı futbolçunun ölkə millisinə namizəd olduğunu söyləyib. Lakin baş məşqçinin fikrincə, ortada heç bir konkret nəticə yoxdur: "Bütün hallara fərdi qaydada yanaşmaq lazım gəlir. Bəzi oyunçular sabit çıxış etmirlər, bəziləri gəncdirlər. Zədə, uyğunlaşma prosesi və digər amillər də var. Vacib məsələ odur ki, öz komandanı tapasan, qarşına məqsəd qoyasan və ona nail olasan. O zaman nəticə də olacaq.
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında cəmi 2 ukraynalı legioner forma geyinir. Onlardan həm qapıçı Dmitri Bezotosnı, həm də müdafiəçi Vitali Vernidub "Qəbələ"də çıxış edir.  

Milli.Az


Tags:  Şevçenko Postsovet ölkələri məni maraqlandırmır

RƏYLƏR


Top news