Braziliyalı futbolçuları daşıyan təyyarə qəzaya uğradı: 80 ölü

Braziliyalı futbolçuları daşıyan təyyarə qəzaya uğradı: 80 ölü
10:54 29 Noyabr 2016
233 Digər
Ölkə mətbuatı
A- A+

Kolumbiyanın Antokiya əyaləti ərazisində təyyarə qəzası baş verib.

 

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, qəzaya uğrayan təyyarədə Braziliyanın “Şapekoense” futbol komandasının oyunçuları və 9 ekipaj üzvü də daxil olmaqla, 80 nəfər olub.  

 

Boliviyadan Kolumbiyanın Medelyin şəhərinə uçan təyyarə Rioneqro şəhəri ətrafında radardan itib. Ekipaj komandiri Medelyin hava limanının dispetçerlərinə yanacağın bitdiyi barədə xəbər verib. Hava limanı təyyarənin enişi üçün şərait yaradıb, lakin təyyarə aeroporta çata bilməyib. 

 

Əvvəlcə təyyarədəkilərin hamısının öldüyü bildirilsə də, bir qədər sonra “360 Radio” kanalı bəzi sərnişinlərin sağ qaldığı barədə xəbər yayıb. 

 

Braziliya çempionatının yüksək divizionunda çıxış edən “Şapekoense” komandası Medelyində Cənubi Amerika Kuboku çərçivəsində Kolumbiyanın “Atletiko Nasyonal” komandası ilə qarşılaşacaqmış. Komandanın kapitanı əvvəl Madrid “Atletiko”sunda çıxış etmiş Kleber Santanadır.  

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR