Zazalı-Dəliməmmədli dəmir yolunun təmiri başlanılıb

Zazalı-Dəliməmmədli dəmir yolunun təmiri başlanılıb
11:02 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanda dəmir yollarının əsaslı təmiri prosesi çərçivəsində bu gün Bakı-Böyük Kəsik yolunun (600 km) Zazalı-Dəliməmmədli mənzilində 6,4 km yolun təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.
Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının yenidən qurulması Layihəsi"nin II mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın "Moravia Steel" şirkəti arasında “Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına ötən ilin oktyabrın sonunda başlanılıb və bu günə kimi 180 km dəmir yolu əsaslı təmir olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/zazali-delimemmedli-demir-yolunun-temiri-baslanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR