Şura QHT-lər üçün yeni xidmət yaradıb

Şura QHT-lər üçün yeni xidmət yaradıb
11:04 29 Noyabr 2016
121 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası həyata keçirdiyi xidmətlərlə əlaqədar Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının 4.1.2. və 4.2.3 bəndlərinə uyğun olaraq fəaliyyətində effektivliyi, şəffaflığı, hesabatlılığı və aşkarlığı daha da artırmaq üçün QHT-lərin ərizə, təklif və şikayətlərinin qəbulu üçün yeni xidmət yaradır. Lent.az-ın məlumatına görə, Şura Əsasnaməsinə və QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq QHT-lərə 5 istiqamət (konsultativ, metodiki, təşkilati-texniki, maliyyə və məlumat) üzrə xidmət göstərir. Şura yaranandan indiyədək qrant müsabiqələrinin nəticələrindən narazı qalan QHT-lərin müraciətlərinin araşdırılması üçün Apellyasiya Komissiyası fəaliyyət göstərir. Eyni zamanda QHT-lərlə mütəmadi olaraq keçirilən görüşlərdə də onların fikirləri dinlənilir, müraciətləri araşdırılaraq müvafiq tədbirlər görülür. Şura Katiblik əməkdaşları tərəfindən göstərilən xidmətlərin səviyyəsini öyrənmək, QHT-lərin ictimai nəzarət işində aktiv iştirakını təmin etmək məqsədilə QHT-lərə şikayət və təkliflərini birbaşa göndərmək üçün yeni xidmət yaradır.

 

Qeyd edək ki, Şuraya şikayət ünvanlayan bütün şəxslərin hüquqları Azərbaycan qanunvericiliyinə müvafiq olaraq qorunacaq. Bütün şikayət və təkliflər Şuranın yeni xidmətinin məsul şəxsi tərəfindən araşdırılaraq rəhbərliyə məruzə ediləcək və müvafiq qərarlar qəbul olunacaq. QHT-lər həmçinin hüquqpozma halları ilə bağlı Şuranın müvafiq xidmətinə müraciətləri birbaşa da təqdim edə bilərlər.

 

QHT-lər ərizə, təklif və şikayətlərini aşağıdakı ünvana göndərə bilərlər: Xidmətin koordinatoru: Nədimə Rəhimli; e-mail: nadima.cssn@gmail.com; telefon nömrəsi: 077 497 15 91.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260874

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR