Fermalarda quş qripi aşkar olundu

Fermalarda quş qripi aşkar olundu
11:17 29 Noyabr 2016
54 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın şimalında yerləşən Aomori prefekturasının hakimiyyət orqanları quş qripinin aşkar edildiyi Aomori şəhərindəki fermada bütün ördəkləri məhv edəcəklər. Noyabrın 28-də keçirilən görüş zamanı həmin fermadakı 16500 ördəyin 24 saat ərzində kəsilməsi barədə qərar qəbul edilib. Həmin fermada aşkar edilən ölü ördəklərdə H5 virusu aşkar olunub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları həmin fermadan 3 kilometr məsafədə yerləşən digər dörd fermaya buradan quş və yumurtaların aparılmasına qadağa qoyublar. Bu fermadan 10 kilometr məsafədə yerləşən digər üç ferma da bu qadağaya daxil edilib.

Aomori prefekturasının qubernatoru Sinqo Mimura bildirib ki, virusun yayılmasının qarşısının alınması üçün lazım olan bütün tədbirlər görüləcək. Qubernator istehlakçıları əmin edib ki, bazara çatdırılan quş ətləri təhlükəsizdir.

H5 virusu noyabrın 28-də Niiqata prefekturasında yerləşən fermadakı ölü toyuqlarda da aşkar olunub. Niiqatanın hakimiyyət orqanları fermadakı 310 min toyuğun məhv edilməsi və buradan 10 kilometr məsafədə yerləşən fermalara yumurta və quş ətinin göndərilməsinin qadağan olunması barədə qərar qəbul ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR