Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kərbəla ziyarətində 3 zəvvarımız döldü

Kərbəla ziyarətində 3 zəvvarımız döldü

Date: 29 November 2016 11:23

Bu il Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarlardan 3 nəfər dünyasını dəyişib.

Bu barədə "Report"a ziyarətdən qayıdan zəvvarlar məlumat verib.

Onların sözlərinə görə, gənc zəvvarlardan biri Kərbəla şəhərində yaranmış izdiham zamanı ayaq altında qalaraq dünyasını dəyişib. Daha iki zəvvar isə ayrı-ayrı vaxtlarda vəfat edib.

Bundan başqa, azərbaycanlı zəvvarların olduğu avtobuslardan biri qəza təhlükəsi ilə üzləşib. Belə ki, qarşıdan gələn minik avtomobillərindən biri avtobusun yoluna çıxıb. Lakin sürücünün peşəkarlığı səbəbindən qəza təhlükəsi sovuşub. Xoşbəxtlikdən hadisə zamanı ağır xəsarət alan olmayıb.

Hadisə yerinə polis əməkdaşları gəlib.


Tags:  Kərbəla ziyarətində zəvvarımız döldü

RƏYLƏR


Top news