Lənkəran məktəbində həyatını itirən 7 yaşlı qızın ölüm səbəbi - TƏFƏRRÜAT

Lənkəran məktəbində həyatını itirən 7 yaşlı qızın ölüm səbəbi - TƏFƏRRÜAT
11:33 29 Noyabr 2016
350 Ölkə
Ölkə mətbuatı
A- A+

“Lənkəran Şəhər 7 saylı tam orta məktəbin şagirdi Xədicə Ağayevanın səhhətində problemlər vardı. Onun başında şiş yaranmışdı”.

Bu sözləri Publika.az-a açıqlamasında Lənkəran Təhsil Şöbəsinin müdiri Şahanə Əhmədova deyib.

O bildirib ki, şagirdin orta məktəbdə ölməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir: “Xədicə Ağayeva orta məktəbdə yox, xəstəxanada dünyasını dəyişib. Belə ki, onun məktəbdə halı pisləşib. Buna görə də uşağı evə, oradan da xəstəxanaya aparıblar. Özü də o, 1 yox, 2-ci sinifdə oxuyur. Xədicənin anası da həmin məktəbdə laborant işləyir”.

Şöbə müdiri bildirdi ki, Bakıdan xüsusi həkimlər gəlib və məktəbliyə diaqnoz qoyulub. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, X.Ağayeva ailənin tək övladı olub və anası həmin məktəbdə işləyir. Son zamanlar uşağın səhhətində problemlər yaransa da, xəstəliyinə dəqiq diaqnoz qoyulmayıb.

Lənkəranda FACİƏ: 1-ci sinif şagirdi dərsdə dünyasını dəyişdi

Anar Tağıyev


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/177762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR