Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kuba xalqı Fidel Kastro ilə vidalaşır - FOTO

Kuba xalqı Fidel Kastro ilə vidalaşır - FOTO

Date: 29 November 2016 11:43

Kuba xalqı ölkənin əfsanəvi lideri Fidel Kastro ilə vidalaşır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, on minlərlə insan Fidel Kastronun külünün nümayiş olunduğu paytaxt Havanadakı Xose Martin memorial abidəsinin qarşısına axışır.

İnqilabın lideri ilə vidalaşmaq istəyənlər arasında xarici turistlər də var. Şəhərdə hər saat əvvəlində havaya artilleriya atəşi açılır.

Fidel Kastro ilə vida mərasimi iki gün davam edəcək. Daha sonra Kastronun cənazəsinin külü Santyaqo-de-Kubaya göndəriləcək və 4 dekabr tarixində burada dəfn ediləcək.

Ömər






















Tags:  Kuba xalqı Fidel Kastro vidalaşır FOTO


RƏYLƏR


Top news