Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İstefa verməyə hazıram"

"İstefa verməyə hazıram"

Date: 29 November 2016 12:05

Cənubi Koreya prezidenti Pak Kın Xe korrupsiya qalmaqalı ilə bağlı ölkə vətəndaşlarından üzr istəyib və istefa verməyə hazır olduğunu bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, dövlət başçısı bunu televiziya vasitəsi ilə Cənubi Koreya əhalisinə müraciətində bəyan edib.
"Xalq qarşısında səmimi olmadığıma görə bir daha üzr istəyirəm", - deyə prezident vurğulayıb.
Pak Kın Xe deyib ki, dövlət başçısı kimi gələcək taleyi ilə bağlı qərar verməyi parlamentin ixtiyarına buraxıb: "Prezidentliyimin müddətinin ixtisar edilməsi də daxil olmaqla, dövlət başçısı kimi taleyimlə bağlı məsələni parlamentin həll etməsini təklif edirəm".
Qeyd edək ki, bir müddət öncə Cənubi Koreya prezidentinin keçmiş müşaviri An Çan Pom tutulub. Onun adı prezidentin rəfiqəsi ilə bağlı rüşvət qalmaqalında hallanır. Rəfiqəsi Çxve Sun Sil prezidentin qərarına təsir etmək üçün rüşvət almaqda şübhəli bilinir. Dövlət başçısının rəfiqəsini ölkədən qaçmaması üçün həbs ediblər.
Prokuror hesab edir ki, An Çon Pom vəzifə səlahiyyətlərini aşaraq, iş adamlarını müxtəlif qeyri-hökumət təşkilatlarına ianə verməyə məcbur edib. Prokuror bildirib ki, onlar Cənubi Koreyanın 50-dən artıq şirkətini on milyonlarla dollar məbləğində ianə köçürməyə məcbur ediblər.

Milli.Az


Tags:  İstefa verməyə hazıram

RƏYLƏR


Top news