Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milli Məclisin noyabr ayı üçün son plenar iclası başlayıb

Milli Məclisin noyabr ayı üçün son plenar iclası başlayıb

Date: 29 November 2016 12:07

Bakı. 29 noyabr. REPORT.AZ/ Milli Məclisin noyabr ayı üçün son plenar iclası başlayıb.
"Report"un xəbərinə görə, iclas Oqtay Əsədovun sədrliyi ilə keçirilir.
İclasın gündəliyinə 37 məsələ daxildir. Deputatlar Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, o cümlədən “Bədən tərbiyəsi və idman haqqında”, “Dərman vasitələri haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Əmək” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və.s qanunlara əlavə və dəyişiklikləri müzakirə edəcəklər. 


Tags:  Milli Məclisin noyabr ayı son plenar iclası başlayıb

RƏYLƏR


Top news