Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov
“TASS”-a müsahibə verib.
Publika.az müsahibənin ən maraqlı məqamlarını təqdim
edir.
Ramzandan qorxanlar
- Əgər söhbət Rusiyanın düşmənlərindən – terrorçulardan,
ekstremistlərdən və digərlərindən gedirsə, onlar məndən qorxmağa
məcburdurlar. Onlar bilirlər ki, mənim mövqeyim prinsipialdır.
Qəzəblə düşünən, terror aktı edərək günahsız insanları öldürən şəxs
neytrallaşdırılmalıdır. Həbs etmək, cinayət məsuliyyətinə cəlb
etmək və silahlı müqavimət zamanı məhv etmək...
Biz bilirik ki, onlar hansı səfirliklərə qaçırlar. Onlar Rusiyaya
iqtisadi sanksiyalar tətbiq edən, bizi boğmaq və acından öldürmək
arzusunda olanlardır. Sizcə bunlar düşmən deyillər? Onlar əbəs yerə
vurnuxurlar. Bizi qorxuda bilməzlər.
Uşaqlıq
- Uşaqlıqda mən çox dalaşqan idim, daim küçədə yumruqlarımı işə
salırdım. Heç vaxt düşünmürdüm ki, dövlət xadimi olacam, yazı
masası arxasında əyləşəcəm. Hətta bunu arzulamırdım belə. Amma hər
şey taleyin iradəsinə uyğun oldu. Kimsə Hacı Əhmədin (atasını
nəzərdə tutur) başladığı işi davam etdirmək üçün məsuliyyəti
üzərinə götürməli idi. Çox çətin oldu. 2005-ci mən Çeçenistanın baş
naziri olanda 29 yaşım var idi. İqtisadiyyatı dərk etməyə başladım.
Anlamaq üçün bir neçə ay gecə və gündüz oxuyurdum.
Çeçenistan Respublikasının başçısı olanda artıq anlayırdım ki,
hökumətdə nələr etmək lazımdır, sosial sferada, yaxud
iqtisadiyyatda hansı tapşırıqları vermək lazımdır. Ən mürəkkəbi isə
ölkənin prezidenti kimi Allah və xalq qarşısında məsuliyyət
daşımaqdır. Heç kimi pis vəziyyətdə qoymamaq, hər şeyi yaxşı etmək.
Bu, əsasdır.
Rusiyada sistemsiz müxalifət
- Onlar boşboğazdırlar. Ədəbsiz insanlardır, şərəfsizdirlər,
vicdansız və vətənsizdirlər. Onlara dövlətin maraqlarını satmaq
üçün 30 xırda gümüş pul bəs edər. Vaxt gələcək xalq bu adamcıqları
köçəri itlər kimi regiondan-regiona qovacaq. Hətta qohumları da
onlardan üz döndərəcəklər.
Boris Nemtsov
- Məni onunla heç nə bağlamırdı. Nemtsov, yaxud başqası heç vaxt
mənim düşmənim olmayıb. Bizim yollarımız kəsişmirdi. O, özünü mənim
ölkəm olan Rusiyanın düşməni etmişdi. Lakin bugünkü Rusiyaya belə
düşmən lazımlı idi: Nemtsovun arxasında heç kim yox idi, onunla
yalnız boşboğazlar qalmışdılar. Boris Nemtsovdan artıq xeyir
gəlmədiyini görəndə, onun dostları bir oxla iki nəfəri aradan
götürməyə qərar verdilər: Nemtsovu öldürüb, Kadırovu aradan
götürmək. Lakin mənimlə bağlı planları baş tutmadı.
Rus əsgərlərini öldürmək
- Mən heç vaxt heç bir yerdə nə zarafatla, nə də ciddi belə söz
demişəm. Bu sözləri qəsdən yazıb sosial şəbəkəyə buraxdılar. Bunun
ağ yalan olduğunu bilsələr belə, onu tirajladılar.
Qan düşmənləri
- Sadəlövh insanlar düşünürlər ki, guya mənə qisas üçün öldürmək
lazımdır. Kiməsə əl qaldırmazdan əvvəl hansı cəzanı verəcəyin
haqqında yaxşı düşünəcəksən. Kollektiv məsuliyyət intizam öyrədir.
Mən oğlanlarım bilirlər: birinin səhvinə görə hamısı cavab verir.
Buna görə də bir-birinə göz qoyur və səhvlərdən qoruyurlar. Bu əsil
qardaş köməyi deməkdir. Ailələri və ittifaqları da məhz bu,
möhkəmləndirir.
Bəli, mənim qan düşmənlərim var idi. Onlar çeçen xalqının və
Rusiyanın həqiqi oğullarını öldürürdülər. Onlar artıq yoxdurlar,
hamısı məhv edilib. Bu, bizim vəzifəmiz idi.
Rusiya və Qafqaz
- Rusiya çoxmillətli ölkədir və biz bunu parçalanmağa imkan
verməməliyik. Birlikdə olmaq lazımdır. Qafqazlılar qoyun, yaxud
çoban deyillər. Biz döyüşçülərik. İnşaatçıyıq, yaradıcıyıq. Belə
olub, belə də qalırıq. Bizi başqası etməyə çalışmayın. Bizim
bostanımıza da daşlar atmaq lazım deyil. Biz Rusiyanı və xalqlarını
qoruyacağıq.
Qafqaz Rusiyanın xüsusi qalasıdır. Buna görə bizi xaosa,
qeyri-sabitliyə təhrik edirlər. lakin aydın şəkildə deyirəm: əziz
dostlar, ağzınızı tıxayın. Nahaq yerə çalışırsınız!
Putin
- Mən sonsuza qədər prezidentin yanındayam. Vladimir Putində xüsusi
təyinatlı mühafizə dəstəsi var, lakin mən özüm də şəxsən onun
mühafizəçisiyəm. Əgər boş sözlər danışıramsa, lənət olsun mənə.
Özümü Putinin əsgəri adlandırmışam. Lakin hələ ki, onun əsgəri
rütbəsinə layiq deyiləm. Əgər Putin ən çətin tapşırığı verəcəksə,
bu, mənim üçün xoşbəxtlik və ən yüksək mükafat olacaq. Mən bunu
arzu edirəm.
Çoxarvadlılıq haqqında
Bundan hansı kişi imtina edər? Əgər mənim ürəyimi fəth edən və
ləyaqətli gözəllə qarşılaşacağamsa, dərhal evlənərəm. Lakin
tapmamışam, çünki axtarmıram. Mənim uşaqlarımın anası Medni
Musayevna var. Bizim altı oğlumuz, altı qızımız var. Ən kiçiyi olan
Abdulla hələ balacadır, oktyabrın 10-da dünyaya gəlib. Mən arvadımı
çox sevirəm, o da məni. Biz 1995-ci ildə məktəbdən bir-birimizi
tanıyırıq. Yəni lap çoxdan, demək olar ki, bütün həyatımız
boyu!
Ramzan nədən qorxur?
- Şərəfi itirməkdən. Bura çox şey daxildir: üstünlük, vicdan,
verilmiş söz və tapşırılmış iş üçün məsuliyyət. Namussuzluğa
dözməyəcəm. Bunu sizə mən, Ramzan Kadırov deyir.
Asif