Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Orda "razborka" olmayıb" - Çovdarovun işinə baxan hakimin oğlunun öldüyü qəza

"Orda "razborka" olmayıb" - Çovdarovun işinə baxan hakimin oğlunun öldüyü qəza

Date: 29 November 2016 12:14

Ləğv edilən MTN-in generalı Akif Çovdarovun işinə baxan hakim Elbəy Allahverdiyevin oğlunun öldüyü qəza ilə bağlı təqsirləndirilən 1987-ci il təvəllüdlü Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs R.Kərimov deyib ki, vəkillərdən biri Adil Ağayev prosesdə olmadığı üçün məhkəmənin keçirilməsinə etiraz edir. Hakim qeyd edib ki, əgər vəkillərdən biri prosesdə iştirak edirsə işə baxıla bilər.

 

Sonra şahid qismində Nəsimi rayon Mühafizə xidmətinin əməkdaşı, polis nəfəri Şakir Quliyev ifadə verib. O, ifadəsində bildirib ki, hadisə olan yerlə arasında təxminən 200 metr məsafə vardı:

 

"Birdən səs gəldi. Tüstü qalxdı. Hadisə yerinə getdim. Ucaboy bir oğlan vardı. Ondan nə baş verdiyini soruşdum. Əli ilə qəza baş verdiyini göstərdi. Maşına baxanda içində heç kim yox idi. Maşının qabaq hissəsindən Raufu dartıb çıxardıq. Təcili yardıma zəng elədim, Raufun ayaqları qırıldığını və daxili qanaxması olduğunu dedim. Tez maşını akumyatordan ayırdım. Hadisə yerinə yol polisi gəldi. Rəhim Kərimov hadisəni törətdiyini bildirdi və sənədlərini polisə təqdim etdi. R. Kərimov yuxulu kimi idi. Təcili yardım hardasa 10-12 dəqiqəyə gəldi. Uşağın vəziyyəti ağır idi. Onu xəstəxanaya aparandan sonra çıxıb getdim".

 

Şahid prokurorun və vəkillərin suallarına cavab olaraq bildirib ki, yolda hərəkət edən hər hansı maşının sürətli keçdiyini görməyib: " Prosesdə şahid qismində Rauf Şükürov dindirildi. O, bildirib ki, təqsirləndirilən Rəhim Kərimovla uşaqlıqdan dostluq edib:

 

"Hadisə günü günorta vaxtı görüşdük. İkimiz idik, sonra Nərimanov metrosunun yaxınlığında olan Nəqliyyat Nazirliyində işləyən Muxtarı işdən götürdük və sonra Musa bizə qoşuldu. Musanın Biləcəridə işi vardı. Kiminsə ona borcu olduğunu dedi. O, işi həll elədilər. Orda "razborka" filan olmayıb. Musa tək gedib pulunu götürdü. Sora Muxtarı aparıb Balaxanıda evə qoyduq. Sonra üçümüz yenidən şəhərə gəzişirdik. Gecə idi, yuxulu idim. Gözlərimi bağlamışdım. Qabaqda mən oturmuşdum, arxada Musa. Bir anlıq Musa qışqırdı, mən ayılandan sonra gördüm ki, hadisə baş verdi. Şoka düşdüm. Əlim ayağım qurudu. Maşından düşdüm. Musa uşağı yerdə qucaqlamışdı. Rəhimin də əli sınmışdı. Vəziyyət çox ağır idi. Rəhimi taksi ilə yola saldıq".

 

Vəkil Orxan Əhmədov şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğunu dedi: "Biz tələb edirik ki onun ifadəsi sübutlar siyahısından çıxarılsın".

 

Zərərçəkmiş şəxsin nümayəndəsi İradə Cavadova təqsirləndirilən şəxsin vəkili Orxan Əhmədovun istiqamət verici suallar verməsi ilə bağlı irad bildirib. Vəkillər arasında mübahisə yaranıb. Məhkəmədə dekabrın 6-a qədər fasilə elan edib.

 

Qeyd edək ki, hadisə mayın 11-də saat 03 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Belə ki, Bakı şəhər sakini Rəhim Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobil piyada Rüfət Allahverdiyevi vurub. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb, mayın 12-də orada dünyasını dəyişib. Qeyd edək ki, 19 yaşlı Rüfət Allahverdiyev ADA universitetinin tələbəsi olub. O, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğludur. Elbəy Allahverdiyev Gəncə Ağır Cinayətlərin hakimi olub. Ondan sonra Tərtər Hərbi Məhkəməsinə təyinat alıb. Məhz 2016-cı ildə Elbəy Allahverdiyev Bakı Hərbi Məhkəməsinə göndərilib. Onu da qeyd edək ki, təqsirləndirilən Rəhim Kərimovun atası Yüzasif Kərimov isə Mərkəzi Klinik Xəstəxananın sabiq baş həkimi olub.


Tags:  Orda razborka olmayıb Çovdarovun işinə baxan hakimin oğlunun öldüyü qəza


RƏYLƏR


Top news