Millət vəkili: "Bu artımın imkansız ailələrə zərbəsi dəyməyəcək"

Millət vəkili: "Bu artımın imkansız ailələrə zərbəsi dəyməyəcək"
12:27 29 Noyabr 2016
161 Ölkə
Ölkə mətbuatı
A- A+

"Kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək". 

Milli.Az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib. Onun sözlərinə görə, bu artım Azərbaycanın inkişafına çox böyük töhfə verəcək: 

"Dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Neft şirkərinə, "Azəriqaz" və "Azərişıq" İstehsalat Birliyinin büdcəsinə pul gələcək. Vergilərdə artım müşahidə olunacaq. Nəticədə bunlar da büdcəyə əlavə pul köçürəcək".

R.Quliyev qeyd edib ki, istər rayonlarda, istərsə də Bakı sakinlərinin böyük əksəriyyətində "kombi" istilik sistemindən istifadə etmir: "Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR