"Qəbələ"nin futbolçusu: "Anderlext"i udsaydıq, bizə 15 min avro mükafat veriləcəkdi"

"Qəbələ"nin futbolçusu: "Anderlext"i udsaydıq, bizə 15 min avro mükafat veriləcəkdi"
12:27 29 Noyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ "Qəbələ" klubunun legioneri Filip Ozobiç barədə vətəni Xorvatiya mətbuatında geniş yazı dərc olunub. "Report"un məlumatına görə, xorvatiyalı həmkarımız futbolçu ilə Bakıda əsasən Braziliya mətbəxi təamlarının verildiyi restoranda söhbətləşib.
Həmin restorana girərkən, ofisiant bildirilib ki, Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də tez-tez bu restorana baş çəkir.
Yazıda ilk olaraq, Ozobiçin karyerasından danışılır. Daha sonra millimizdə baş məşqçi köməkçisi vəzifəsində çalışan Qordan Tsipriçin fikirləri yer alıb. O, 25 yaşlı yarımmüdafiəçinin Xorvatiya yığmasına çağırılmamasından təəssüfləndiyini bildirib.
R.Prosineçki isə futbolçunun "Qəbələ"nin heyətində istər Premyer Liqa, istərsə də Avropa Liqasındakı çıxışlarından razılıq ifadə edib: "O, böyük oyunçudur və çempionatda çıxış edən ən yaxşı futbolçulardan biridir. Filipin buraya oynamaq üçün gəlməsi təəccübləndiricidir".
Klubun baş meneceri Zaur Əzizov isə Ozobiçin artıq azərbaycanlı olduğunu, onu özlərininki saydığını bildirib.
Yazıda bildirilir ki, "Qəbələ" avrokubok oyunlarını Qəbələ şəhər stadionunda keçirmək istəyir. Orada təlim-məşq bazası, 6 mehmanxana, dağ xizəkçilik kurortu var. Ozobiç Bakı haqqında da danışıb: "Bakı böyük və fantastik şəhərdir. İlk dəfə buraya gələndə heyran oldum. Çox gözəl və rahatdır. Burada futbol oynamaq üçün ideal şərait var. Azərbaycanda olduğum 5 aydan razıyam və karyeramın daha yaxşı alınacağına inanıram".
O, Avropa Liqasının qrup mərhələsinin V turunda Bakıda "Anderlext"lə oyundan söz açıb. O, bildirib ki, komanda qələbə qazanacağı təqdirdə 15 avro mükafat vəd olunmuşdu.
Sonda Ozobiçin Xorvatiya çempionatı haqqında fikirləri də dərc olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-nin-futbolcusu-haqda-xorvatiya-metbuatinda-yazi-derc-olunu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR