Mosulun bombalanması nəticəsində 14 dinc sakin həlak olub

Mosulun bombalanması nəticəsində 14 dinc sakin həlak olub
12:27 29 Noyabr 2016
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ İraqın Mosul şəhərinin beynəlxalq koalisiya qüvvələri tərəfindən bombalanması nəticəsində 14 dinc sakin ölüb, İŞİD terrorçu qruplaşmasının 10 silahlısı isə məhv edilib.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İraq Təhlükəsizlik Təşkilatının rəsmi nümayəndəsi, polkovnik Derid Hadir əs-Saduni bildirib.
Onun sözlərinə görə, koalisiya qüvvələri Mosulun şimalında yerləşən Sinaa Vadi Akab bölgəsində İŞİD-ə aid mövqeləri vurub.
İraqın Terrora Qarşı Mübarizə Birliyinin rəsmi nümayəndəsi, polkovnik Yahya Mahmud əl-Kertani isə Mosulun şimalındakı Əl-Kadisiyye əs-Seniye məhəlləsi yaxınlığılnda bomba dolu bir avtomobili məhv etdiklərinin söyləyib.
Qeyd edək ki, koalisiya qüvvələri oktyabrın 17-də Mosul əyalətinin terrorçu İŞİD qruplaşmasından təmizlənməsi üçün əməliyyata başlayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/mosulun-bombalanmasi-neticesinde-14-dinc-sakin-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR