Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Tarif Şurasının qərarları sosial ədaləti tənzimləyəcək"

"Tarif Şurasının qərarları sosial ədaləti tənzimləyəcək"

Date: 29 November 2016 12:32

Tarif Şurasının tarif tənzimlənməsi ilə bağlı qərarları zamanın tələbinə uyğun şəkildə qəbul edilib. Verilən qərarlar sadə vətəndaşlar üçün deyil, əsasən kommersiya şirkətləri üçün qəbul edilib". Milli.Az bildirir ki, bunu SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Rauf Əliyev deyib.

O bildirib ki, tariflərin tənzimlənməsi ilə bağlı qərarlar orada qeyd olunduğu kimi qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyib: "Çünki adi insanlar qaz və enerjidən orada qeyd olunan rəqəmlərdən artıq istifadə etmirlər. Bu rəqəmlər yalnız kommersiya şirkətləri üçün fərqli olacaq. Çünki yalnız böyük müəssisələr daha çox qaz və enerjidən istifadə edir. Burada əhali heç bir fərq hiss etməyəcək".

Millət vəkilinin sözlərinə görə, Tarif Şurasının qərarları sosial ədaləti tənzimləyəcək: "Belə ki, bu qərarlar əsasında sadə vətəndaşların ödənişi ilə kommersiya şirkətlərinin ödənişi arasında fərq olacaq".

Milli.Az


Tags:  Tarif Şurasının qərarları sosial ədaləti tənzimləyəcək

RƏYLƏR


Top news