Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Baş pediatr: "Ölkə üzrə uşaqların 10 faizi tibbi müayinələrdən kənarda qalıb"

Baş pediatr: "Ölkə üzrə uşaqların 10 faizi tibbi müayinələrdən kənarda qalıb"

Azərbaycanda ötən il cinayət törədən qadın və uşaqların sayı açıqlanıb (14 Fevral 2017 16:42)
Kiçik müəssisələrin 56,9 faizi Bakının payına düşür (12 Fevral 2017 19:57)

Tarix: 29 Noyabr 2016 12:32

"Azərbaycanda bütün uşaqları tam kompleks tibbi müayinələrə cəlb etmək mümkün olmayıb. Uşaqların təxminən 10 faizi bu müayinələrdən kənarda qalıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliynin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bu gün "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş tədbirdə deyib.

Baş pediatr qeyd edib ki, uşaqların dispanserizasiyası ilə bağlı əsas çətinlik valideynlərin məsuliyyətsizliyi ilə bağlıdır:

"Bu problem daha çox rayonlarda müşahidə edilir. Rayonlarda bəzi valideynlər uşaqları dispanserizasiyadan yayındırırlar. Ona görə də biz uşaqları tam olaraq, bu müayinələrə cəlb edə bilməmişik".

Milli.Az


Teqlər:  Baş pediatr Ölkə üzrə uşaqların 10 faizi tibbi müayinələrdən kənarda qalıb



RƏYLƏR


Top xəbərlər