Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yunanıstan SOCAR-dan yenə də xahiş etdi

Yunanıstan SOCAR-dan yenə də xahiş etdi

Date: 29 November 2016 12:32

Yunanıstanın Əmlakın Özəlləşdirilməsi Fondu (HRADF) Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) DESFA qaz operatorunun səhmlərinin 66 faizinin alınması ilə bağlı tender üzrə zəmanət məktubunun müddətinin dekabrın 23-ə qədər uzadılmasını xahiş edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, SOCAR-ın zəmanət məktubunun müddəti noyabrın 30-u başa çatır və öz növbəsində, Azərbaycan şirkəti müddətin uzadılmasından əvvəl Yunanıstan tərəfindən yazılı zəmanət almağa çalışır.

Qeyd edək ki, SOCAR Yunanıstan tərəfinin xahişinə əsasən, DESFA-nın səhmlərinin əldə olunması ilə bağlı zəmanət məktubunun müddətini sentyabr və oktyabr aylarında da uzatmışdı. Məlumata əsasən, danışıqlarda əsas maneə əldə olunan səhmlərin ümumi dəyəri məsələsidir.

Xatırladaq ki, SOCAR 2013-cü ildə DESFA-nın səhmlərinin əldə olunması üzrə tenderdə qalib gəlmişdi.

Milli.Az


Tags:  Yunanıstan SOCAR-dan yenə xahiş etdi


RƏYLƏR


Top news