Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
12:44 29 Noyabr 2016
281 Digər
Ölkə mətbuatı
A- A+

 

Noyabrın 30-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Lent.az Ekologiya və Təbii Nazirliyinə istinadən məlumatına görə, sabah hava dəyişkən buludlu, Əsasən yağmursuz, axşam buludluluğun artacağı gözlənilir.

 

Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi  ilə əvəz olunacaq. Havanın temperaturunun gecə  4-7, gündüz  9-12, Bakıda gecə  5-7, gündüz  9-11 dərəcə olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam ayrı-ayrı şimal və qərb rayonlarında yağış  yağacağı, sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək, gündüz 9-14 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyək, gündüz  6-11 dərəcə olacağı gözlənilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260895

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR