"1 yaşadək körpə ölümü daha çox qeydə alınır" - Baş pediatr

"1 yaşadək körpə ölümü daha çox qeydə alınır" - Baş pediatr
12:54 29 Noyabr 2016
110 Digər
Ölkə mətbuatı
A- A+

 

“Respublikada 1 yaşadək körpə ölümü daha çox qeydə alınır”. Lent.az-ın məlumatına görə, bunu respublikanın baş pediatrı Nəsib Quliyev bu gün "Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş tədbirdə deyib.

 

Baş pediatr qeyd edib ki, Azərbaycanda uşaq ölümlərinin sayında 1992-93-cü illərdən başlayaraq azalma müşahidə olunur: “ 1992-93-cü illərin körpə ölümləri göstəricisinə nəzər salsaq, bu göstərici 29,5 promilli səviyyəsində olmuşdu, yəni hər 1000 nəfər diri doğulan uşağın 29,5 nəfəri 1 yaşına çatanadək ölürdü. Lakin zaman keçdikcə körpə ölümü göstəricisinin 3 dəfəyədək azalmasına nail olunub”.

 

2015-ci ilin yanvarın 1-dən diridoğulmanın yeni meyarlarının tətbiqini xatırladan baş pediatr bildirib ki, bu meyarlar qüvvəyə minənədək diridoğulma hamiləliyin 28-ci həftəsindən doğulanlara, bədən kütləsi 1 kq -dan çox olanlara aid edilirdi: “ 28-ci həftədən əvvəl doğulanlar gecikmiş düşük hesab olunurdu və uşaq kimi qeydiyyata alınmırdı. 2015-ci il yanvarın 1-dən diridoğulmanın yeni meyarlarının tətbiqi ilə əlaqədar hamiləliyin 22-28 həftəsində baş verən ölüm hadisələrini də uşaq ölümlərinə əlavə edirik. Buna görə də uşaq ölümü göstəricisi 12 promilliyə qədər artıb”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260899

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR