“İnter”in başı dərddə: 4 futbolçu oynamayacaq

“İnter”in başı dərddə:  4 futbolçu oynamayacaq
12:57 29 Noyabr 2016
91 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XIII turunda baş tutan “Zirə” - “İnter” matçı qonaqlar üçün yaxşı nəticələnməyib. Fanat.Az xəbər verir ki, “bankirlər” yalnız 90+3-cü dəqiqədə qələbəni əldən verdikləri üçün üzülmürlər (1:1).


İş ondadır ki, paytaxt klubunun 4 futbolçusu cəzalı duruma düşüb. İkinci dövrənin son turunda “Qarabağ”la üz-üzə gələcək “İnter” qapıçı Səlahət Ağayev, müdafiəçilər Manuel Skarlatake, İlkin Qırtımov və hücumçu Pərdis Fərcad-Azadın xidmətindən yararlana bilməyəcək. Çünki “Zirə” ilə dueldə Skarlatake qırmızı vərəqə görüb, digərləri isə 4-cü sarı vərəqəni alıblar.


Qeyd edək ki, “İnter”in heyətində Ruslan Abışovla Denis Silvanın balansında 3 “sarı” var.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-nterin-ba-drdd-t54544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR