Cənubi Amerika Kubokunun finalı Kolumbiyadakı aviaqəzaya görə təxirə salınıb

Cənubi Amerika Kubokunun finalı Kolumbiyadakı aviaqəzaya görə təxirə salınıb
12:57 29 Noyabr 2016
72 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) himayəsi altında keçirilən bütün beynəlxalq yarışların, o cümlədən Cənubi Amerika Kubokunun finalının keçirilməsini növbəti xəbərdarlığa qədər dayandırıb.
"Report" xəbər verir ki, bu barədə Konfederasiyanın rəsmi saytında məlumat verilib.
Belə qərarın verilməsinə Braziliyanın "Şapekoense" klubunun futbolçularının da olduğu sərnişin təyyarəsinin Kolumbiyada qəzaya uğraması səbəb olub. Klub Cənubi Amerika Kubokunun ilk final matçında "Atletiko Nasyonal"la qarşılaşmaq üçün Kolumbiyanın Medelyin şəhərinə istiqamət alıb.
İlkin məlumatlara görə, qəzadan 6 nəfər sağ qurtulub. Onlardan üçünün adı məlumdur - müdafiəçi Alan Ruşel, qapıçılar Danilo Padilya və Cekson Follman.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cenubi-amerika-kubokunun-finali-kolumbiyadaki-aviaqezaya-gore-texire-salinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR