Mel Gibson əfsanəvi professor oldu - FOTO

Mel Gibson əfsanəvi professor oldu - FOTO
13:05 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur aktyor və kinorejissorlarından biri Mel Gibson yeni filminin çəkilişlərindədir.

Milli.Az The Sun-a istinadən bildirir ki, "The professor and the madman" lenti İrlandiyanın paytaxtı Dublində çəkilir.

60 yaşlı Mel Gibson filmdə baş rolda oynayır, ingilis dilinin Oksford lüğətinin banilərindən olan professor Ceyms Mürrey obrazını canlandırır.

Onun tərəf-müqabili, "sərsəm" obrazı olan istefadakı amerikalı hərbi həkim Uilyam Çester Maynoru isə Şon Penn oynayır.

Filmdə britaniyalı aktyorlar Stiv Kuqan, Lourens Foks, Yan Qraffadd və Ceremi İrvayn da çəkilirlər.

Ssenari müəllifləri Mel Gibson ilə Fərhad Safiniya olan, sentyabrda çəkilişlərinə başlanan film 2017-ci ildə ekranlara çıxacaq.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/494001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR