Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı-Moskva aviareyslərinin sayı artırılır

Bakı-Moskva aviareyslərinin sayı artırılır

Date: 29 November 2016 13:12

Bakı. 29 noyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC (AZAL) 2017-ci ilin mart ayından etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanından Moskva şəhərinin "Vnukovo" Hava Limanına hər gün iki reys yerinə yetiriləcək. Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, müvafiq sazişi AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və "Vnukovo" Hava Limanının baş direktoru Vasiliy Aleksandrov bu gün Moskvada imzalayıblar.
Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş yerli vaxtla saat 08:00-da və 16:30-da, Moskvaya eniş saat 10:10-da və 18:40-da, "Vnukovo"dan uçuş yerli vaxtla saat 11:10-da və 19:40-da, Bakıya eniş yerli vaxtla saat 15:00-da və 23:30-da baş tutacaq.
Moskvaya reyslər "AZALJET" aşağı büdcəli brend altında "Airbus A319" laynerləri ilə həyata keçirilir.
Hazırda "Azərbaycan Hava Yolları" Rusiyanın 4 şəhərinə müntəzəm reyslər həyata keçirir. Belə ki, "Vnukovo" Hava Limanı ilə yanaşı, "AZALJET" Moskvanın "Domodedovo" Hava Limanına, Sankt-Peterburq ("Pulkovo"), Minvodı və Kazana reyslər yerinə yetirir. Həmçinin, Gəncədən Sankt-Peterburqa müntəzəm aviareys yerinə yetirilir.





Tags:  Bakı-Moskva aviareyslərinin sayı artırılır

RƏYLƏR


Top news