Hakim oğlunu vuran avtomobildəki şahid: "Zərərçəkmişə heç bir kömək etmədik"

Hakim oğlunu vuran avtomobildəki şahid: "Zərərçəkmişə heç bir kömək etmədik"
13:12 29 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə R.Kərimov vəkillərindən biri Adil Ağayevin prosesə gəlmədiyi üçün məhkəmənin təxirə salınmasını istəyib. Lakin məhkəmə prosesi R.Kərimovun digər vəkilinin iştirakı ilə davam etdirib.

Prosesdə ifadə verən şahid Nəsimi Rayon Mühafizə Xidmətinin əməkdaşı Şakir Quliyev deyib ki, hadisə zamanı təxminən 200 metr aralıda olub. O bildirib ki, qəza zamanı səs eşidib, lakin dəqiq heç nə görməyib: "Bir nəfər maşının qabağında idi. Ondan nə baş verdiyini soruşdum. Həmin şəxs də əli ilə maşını göstərdi. Maşının qarşısından Rüfəti dartıb çıxardım, təcili yardıma zəng etdim. Onun ayaqları sınmışdı, daxili qanaxması var idi".

Şahid qismində dindirilən Rauf Şükürlü isə hadisə zamanı qəza törədilən avtomobilin içində olduğunu deyib. O, təqsirləndirilən R.Kərimovu uşaqlıqdan tanıdığını deyib: "Həmin gün Rəhimlə görüşüb, "Nərimanov" metrosunun yanına getdik. Orada dostumuz Muxtarı götürdük, sonra da Musa gəldi. Sonra Muxtarı evə apardıq. Hadisə olanda mən qabaqda oturmuşdum. Yuxulu idim. Qışqırıq olanda gözlərimi açdım, şokdan ayıldım. Zərərçəkmişə heç bir kömək etmədik, ora-bura gəzirdim. Musa həmin şəxsi yerdə qucaqlamışdı, Rəhim isə sınmış əlini tutub dayanmışdı".

Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin edilib.

Qeyd edək ki, mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonu, Bülbül prospektində Bakı şəhər sakini R.Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib. Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264-cü maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Tərtər Hərbi Məhkəməsinin hakimi E.Allahverdiyevin oğlu R.Allahverdiyev ADA Universitetinin 3-cü kurs tələbəsi olub.

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Seks effekti yaradan pivə, tapançalı araq və bikinili... - FOTOLAR

29 Mart 2017 13:23

Əməkdar artist hədələdi: "Özünü yığışdır, elə eləmə gəlib səni..."

29 Mart 2017 13:22

Aeroport yolunda avtomobillərin hərəkəti məhdudlaşdırıldı

29 Mart 2017 13:22

Cem Yılmaza qarşı gözlənilməz ittiham

29 Mart 2017 13:22

Sabahın HAVAsı

29 Mart 2017 13:22

Azərbaycanda "körpü bank"lar yaradılacaq

29 Mart 2017 13:19

Sabah hava necə olacaq?

29 Mart 2017 13:18

Təbiətin şıltaqlığı uçuşları iflic etdi - Sərnişinlər didərgin düşüb

29 Mart 2017 13:18

Türkyəli məşhur aktrisa HƏBS EDİLDİ - YALNIŞLIQLA

29 Mart 2017 13:17

Sabah Bakıda 17°, bölgələrdə 23° isti olacaq

29 Mart 2017 13:16

Havalar isinir – PROQNOZ

29 Mart 2017 13:14

ABŞ-ın patrul gəmiləri Qara dənizdə...

29 Mart 2017 13:09

Elza Seyidcahan: “Şeir gecəsi keçirəcəm, tezliklə kitabım da çıxacaq” - MÜSAHİBƏ

29 Mart 2017 13:08

Həbs edilən gözəl qız baxışları ilə "danışdı" - FOTO

29 Mart 2017 13:05

"Heç kim şoka-zada düşməsin, Cavanşirlə uzun illər..."

29 Mart 2017 13:05

Rusiya dövlət başçılarının ən mühüm sənədləri imzaladığı kabinetin İNANILMAZ SİRRİ

29 Mart 2017 13:03

"Neft Daşları" üçün yeni platforma istismara verildi

29 Mart 2017 13:01

Narkotik qaçaqmalçılığının qarşısı alındı

29 Mart 2017 12:59

Aeroport yolunda avtomobillərin hərəkəti qismən məhdudlaşdırıldı

29 Mart 2017 12:59

Aktyorun 8 illik sevgilisi gənc oğlanla kafedə tutuldu - FOTO

29 Mart 2017 12:57

ŞOK: naməlum varlıqlar peyda oldu, burada...

29 Mart 2017 12:56

Aparıcı mini ətək geyindiyini unutdu

29 Mart 2017 12:54

“Ayın o biri üzü”

29 Mart 2017 12:53

Bu yolda hərəkət etməyin

29 Mart 2017 12:53

Almanlar İncirliyə alternativlər tapdılar - SİYAHI

29 Mart 2017 12:53

Dəb ikonası sərgidə

29 Mart 2017 12:49

Teymur Məmmədov Avropa çempionu oldu

29 Mart 2017 12:47

Putin Rusiya hərbçilərinin sayını artırdı

29 Mart 2017 12:47

"Qəbələ"nin hücumçusu darmadağına töhfə verdi

29 Mart 2017 12:47

Moldova millimizlə oyun üçün heyəti açıqladı

29 Mart 2017 12:47

Qriqorçuk İngiltərə çempionu ilə görüş istədi

29 Mart 2017 12:47

Hitler, Xruşşov və Roma Papasını BİRLƏŞDİRƏN MƏQAM

29 Mart 2017 12:43

Aleyna 17 yaşını dostları ilə qeyd etdi - FOTO

29 Mart 2017 12:42

Fransadan gələn cərrah Xankəndində erməniləri pulsuz əməliyyat edir

29 Mart 2017 12:42

Bakının bu magistral yolunda hərəkət məhdudlaşacaq

29 Mart 2017 12:39

Putin Rusiya ordusunun heyətini genişləndirdi

29 Mart 2017 12:38

Sevdadan bahar gülüşlü FOTOSESSİYA

29 Mart 2017 12:37

Saatlarla dezodorantdan istifadə edən 12 yaşlı qız ölüb - FOTO

29 Mart 2017 12:37

"Neftçi" - "Qarabağ" - PROMO VİDEO

29 Mart 2017 12:37

“Thync Relax Pro” dincəlməyə və stressi aradan qaldırmağa kömək edəcək

29 Mart 2017 12:35

Ramin Hacılının evi yandı - FOTOLAR

29 Mart 2017 12:34

"Böyük dayaq" filmi haqqında Amil Xəlildən maraqlı araşdırma - İllər sonra bir İLK

29 Mart 2017 12:33

Dmitri Nazarov: "Bütün Avropa gördü ki..."

29 Mart 2017 12:32

Avtobus sürücüsü 20 yaşlı kar qızı zorladı - "Digər sürücü bizə baxıb gülürdü"

29 Mart 2017 12:32

Ermənilər hərbi təlim keçir - AĞDAMDA

29 Mart 2017 12:29

Canlı yayım zamanı "qar adamı"​ göründü

29 Mart 2017 12:29

Bakıda turistləri Tarix Muzeyinə buraxmadılar - İş günü qapıları bağladılar

29 Mart 2017 12:28

Roza Zərgərlinin qızı kinoya çəkildi - FOTOLENT

29 Mart 2017 12:24

Bankdan 40 milyon çıxarıb "Ferrari" almaq istəyən Dadaşova bacıları saxlanıldı - FOTOLAR

29 Mart 2017 12:23

Bülənt Ərsoy və qaynanası bir arada

29 Mart 2017 12:22