Hicablı qız gözəlliyi ilə Amerikanı heyrətə gətirdi - FOTO

Hicablı qız gözəlliyi ilə Amerikanı heyrətə gətirdi - FOTO
13:18 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

19 yaşlı Həlimə Aden "ABŞ-ın Minnesota Gözəli" müsabiqəsinin tarixində ilk hicablı iştirakçı olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Həlimə Aden "Miss ABŞ-ın Minnesota" gözəllik müsabiqəsində qalib gələ bilməyib, amma yarışmada iştirakı ilə tarixə adını yazdırıb və bir çox Amerika mətbuatının diqqətini çəkib. Çünki 19 yaşlı qız ilk dəfə olaraq gözəllik müsabiqəsinə hicabda çıxıb.

Somali vətəndaşı olan Həlimə müsahibəsində bildirib ki, Amerikaya yeddi yaşında mühacirət edib: “Mən uzun müddətdir fərqli olduğum üçün özümü pis hiss edirdim. Amma böyüdükdən sonra dərk elədim ki, bütün insanlar müxtəlifdir, həm də hər kəs eyni olsaydı, həyat daha darıxdırıcı olardı. Hicab bağlamaq isə zülm əlaməti deyil, bu, insanın şəxsi seçimidir. İstəyirəm ki, insanlar bunun mənim seçimim olduğunu başa düşsün. Ən əsası isə görsünlər ki, başı bağlı insanlar da eyni zamanda həm mehriban, həm də sadə ola bilər".

Qız anası ilə özünü müqayisə edərək bu nəticəyə gəlib ki, gənc nəsil mühacirləri daha amerikanlaşıb. Şəxsən özü haqqında isə əlavə edib ki, BMT səfiri olmaq arzusundadır.

Aytən












Xəbərin orijinal ünvanı: http://publika.az/news/qadin/177784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR