Milli Məclisdə Rusiya ilə münasibətlərə yenidən baxmaq tələb olunub

Milli Məclisdə Rusiya ilə münasibətlərə yenidən baxmaq tələb olunub
13:22 29 Noyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

"Konqresimizin ləğvi barədə qərar iki dövlət arasında narazılıq yaradır" - Siyavuş Novruzov (07 Aprel 2017 12:42)

Milli Məclisin iclasında son vaxtlar Ermənistanla hərbi müttəfiqliyini daha da dərinləşdirən Rusiya ilə münasibətlərə yenidən baxmaq tələb olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iclasda çıxış edən Qüdrət Həsənquliyev bildirib ki, son günlər Rusiyanın Ermənistana "İsgəndər" raket kompleksləri verməsi, prezident Sarkisyanın Moskvaya dəvət olunması və oradan Azərbaycanı hədələməsi artıq Bakının ciddi mövqe ortaya qoymasını tələb edir. Deputat deyib ki, Sarkisyan aprel döyüşlərində  gizlənmək üçün özünə siçan dəliyi axtarırdı: "Amma Moskvada siçan dəliyi tapandan sonra bizə meydan oxumağa başlayıb. Arxasında Rusiyanın ona verdiyi "İsgəndər" raketini hiss edib, belə "cəsarətlə" çıxış etməyə başlayıb. Azərbaycan Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır və mən də dəfələrlə bəyan etmişəm ki, Rusiya ilə münasibətlərimizi inkişaf etdirməliyik. Amma o da bəllidir ki, Qarabağ münaqişəsinin həllində Rusiya vasitəçi olduğu kimi, işğalçı ölkənin də arxasında dayanan elə Rusiyadır. Rusiya-Ermənistan münasibətlərinin bu səviyyəsi Rusiya-Azərbaycan münasibətlərinə uyğun gəlmir. Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğu bəyan edilsə də, reallıq bunun əksini sübut edir. Artıq buna göz yummaq olmaz. Rusiyaya açıq müraciət edərək münasibətlərə aydınlıq gətirməliyik. Əgər Rusiya Azərbaycanla münasibətlərini həqiqətən strateji tərəfdaşlıq səviyyəsində qurmaq istəyirsə, o zaman Qarabağ münaqişəsində obyektiv və bitərəf mövqe nümayiş etdirməlidir. Belə olmayacaqsa, Azərbaycan-Rusiya münasibətlərinə yenidən baxılmalıdır. Rusiya Azərbaycana qarşı münasibətini dəyişməzsə, o zaman Azərbaycan İsrail, Pakistan və digər ölkələrlə daha çox yaxınlıq etməlidir".
 
Fazil Mustafa isə qeyd edib ki, Rusiyaya məxsus "Mir" telekanalı Azərbaycanda sərbəst yayımlansa da, bir dəfə də onun efirində Azərbaycanın ağrılı problemindən - torpaqların işğalından danışılmır: "Baxmayaraq ki, kanalı biz maliyyələşdiririk. Bir dəfə də olsun orada Qarabağ, Xocalı ilə bağlı süjetlərin getdiyini görmürük. Amma Ermənistan bürosu o ölkənin problemlərini daim işıqlandırır. Belə olan halda, onun yayımlanmasına nə ehtiyac var?!"
 
F. Mustafa son günlər Azərbaycana gələn ermənilərin səfərlərinə də etiraz edib: "Sanki bir əl bu ermənilərin Azərbaycana mütəmadi səfərlərini təşkil edir. Kim onların buraya sağlam niyyətlə gəlməsinə zəmanət verə bilər? Xüsusi xidmət orqanlarımız buna diqqət etməlidirlər".
 
Deputat Qənirə Paşayeva isə xarici sənət, iş adamları, siyasətçilər və diplomatların Dağlıq Qarabağa qanunsuz səfərlərindən danışıb. O bildirib ki, həmin adamların böyük əksəriyyəti ora gedib tədbirlərdə iştirak etdikdən sonra Bakıya gəlir: "Hər dəfə də deyiblər ki, bilməmişik, xəbərimiz olmayıb, üzr istəyirik və s. Bir çoxlarının adları sonradan "qara siyahı"dan çıxarılır. Bu günlərdə Fransa parlamentinin "Fransa-Qarabağ" dostluq qrupunun üzvləri qondarma "DQR"ə qanunsuz səfər etdilər. Hesab edirəm ki, bunlar qəti yolverilməzdir və bu cür hallara qarşı daha sərt tədbirlər görülməlidir".
 
Rasim Musabəyov isə Rusiyaya qarşı sərt çıxışlara etiraz edib, əksinə, bu ölkə ilə daha yaxın, dost münasibətdə olmaqla, problemin həllinə üstünlük verilməsinin vacibliyini vurğulayıb.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

76 yaşlı kişidən İNANILMAZ FİTNES SİRLƏRİ - FOTO/VİDEO

26 Aprel 2017 00:38

Trampdan YENİ TƏYİNAT

26 Aprel 2017 00:33

Suriayda xəstəxanaya hücum edilib -

26 Aprel 2017 00:30

"Kreml Əsədə qarşı mövqeyini dəyişib"

26 Aprel 2017 00:29

Röya yataqda, pijama ilə...

26 Aprel 2017 00:22

Donald Tramp:

26 Aprel 2017 00:13

Azərbaycanda oğurlanıb zorlanan müəllimə iş veriləcək

26 Aprel 2017 00:05

Hər kim dünyanı dinə və dini dünyaya görə tərk edərsə, İslam yolunda olmaz

26 Aprel 2017 00:05

Şəbnəm Tovuzlunun ərinin görüntüləri - FOTO

26 Aprel 2017 00:05

Çimərlikdə pozalar verdi - FOTO

26 Aprel 2017 00:05

Günün qoroskopu: planlarınızı kimsə ilə bölüşməyin

26 Aprel 2017 00:05

Kişilərin seksdən sonra yatma səbəbləri...

26 Aprel 2017 00:05

Astroloji proqnoz - 26 aprel

26 Aprel 2017 00:03

Kiyevdə Azərbaycan-Ukrayna münasibətləri barədə elmi toplu çapdan çıxıb

26 Aprel 2017 00:02

Azərbaycanda doğuş zamanı daha bir faciə

25 Aprel 2017 23:57

Rusiyadan rublla bağlı QƏRAR

25 Aprel 2017 23:53

Atasının imtina etdiyi Fransa prezidentliyinə namizəd – Marin Le Penin qalmaqallı HƏYAT YOLU

25 Aprel 2017 23:52

Böyük Britaniya Rusiyaya nüvə zərbəsi endirə bilər

25 Aprel 2017 23:52

Niyə İmamların (ə) nəsli Peyğəmbərdən aparılır?

25 Aprel 2017 23:52

Paytaxtda mənzildə kişi meyiti tapıldı

25 Aprel 2017 23:49

Məşhur müğənni ağır xəstəliyə tutulub

25 Aprel 2017 23:48

Dinimiz qız qaçırmağa necə baxır?

25 Aprel 2017 23:47

"Sarkisyan mənə dedi ki, Ağdam ermənilərin vətəni deyil və o haqlıdır” - Tomas de Vaal

25 Aprel 2017 23:42

Yüksək miqdarda mis daşıyan qidalar

25 Aprel 2017 23:42

Onlar necə belə cavan qalır? – 40-dan 70-ə…

25 Aprel 2017 23:38

Gözəllik kraliçası döyüşçü oldu - FOTO

25 Aprel 2017 23:37

"Artıq mənim həyat yoldaşım yoxdur" - Fransalda məşhurlaşan azərbaycanlı

25 Aprel 2017 23:37

7 xəstəliyə çarə olan QULANÇAR

25 Aprel 2017 23:37

Yataq otağındakı kameraya ruh görüntüləndi

25 Aprel 2017 23:34

ABŞ Türkiyəni PKK-nı bombaladığına görə tənqid etdi

25 Aprel 2017 23:29

Messini 500-ə daşıyanlar

25 Aprel 2017 23:27

Erməni Kardaşyan kurortda dincəlir - FOTO

25 Aprel 2017 23:27

Ərdoğan: "Türkiyə Rusiya və ABŞ-ı kürdlərə qarşı əməliyyatlar barədə məlumatlandırıb"

25 Aprel 2017 23:27

“Maradona və Messidən güclü olmuşam” - Romario

25 Aprel 2017 23:27

Müğənninin burnunu sındırdılar

25 Aprel 2017 23:23

Yaz allergiyaları ilə təbii mübarizə yolları

25 Aprel 2017 23:22

Dünyanı bu ailənin üzvləri idarə edir

25 Aprel 2017 23:22

Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşdü - FOTO

25 Aprel 2017 23:17

Gündəlik namazlar səfərdə neçə rükət şəklində qılınmalıdır?

25 Aprel 2017 23:17

"Ermənistan iqtidarına səsi elə yalnız dəlilər verə bilər!"

25 Aprel 2017 23:17

Tarixin ən bahalı smartfonları -

25 Aprel 2017 23:17

Azərbaycanı İslamiadada təmsil edəcək gimnastların SİYAHISI

25 Aprel 2017 23:13

Şəhriyar Məmmədyarov liderliyi qoruyur

25 Aprel 2017 23:12

Müsəlman hələ İslam demək deyil

25 Aprel 2017 23:12

Ankara AŞ PA-nın qərarını qətiyyətlə pisləyib

25 Aprel 2017 23:12

"İstərdim ki, 10 uşağım olsun" - Kirkorov

25 Aprel 2017 23:05

Onlar, sadəcə marketədə alış-veriş edirlər - FOTO

25 Aprel 2017 23:05

Tramp İsrailə vəd verdi

25 Aprel 2017 23:04

ABŞ Dövlət Departamenti Türkiyənin Suriya və İraqdakı fəaliyyətindən narahatdır

25 Aprel 2017 23:02

"Facebook"-da qadına təcavüz edənlər saxlanıldı

25 Aprel 2017 23:00