Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tütün və tütün məmulatını alanlara hədiyyənin təklifi qadağan edilir

Tütün və tütün məmulatını alanlara hədiyyənin təklifi qadağan edilir

Azərbaycana külli miqdarda tütün məmulatı keçirmək istəyən qaçaqmalçılar yaxalandı (21 Mart 2017 18:13)
SKMF Qax rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb (15 Mart 2017 09:07)
Mobil telefon necə boşanmaya səbəb olur? (14 Mart 2017 11:44)

Tarix: 29 Noyabr 2016 13:22

Bakı. 29 noyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilərək təsdiq olunub.
"Report"un verdiyi xəbərə görə, dəyişikliklə tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılır. 
"Tütün və tütün məmulatı haqqında" qanuna dəyişikliyə əsasən, tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir. Həmçinin, tütün və tütün məmulatının və onun ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan olunur.
Digər dəyişikliyə əsasən, tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməz.
Qeyd edək ki, hazırda tütün məmulatının istehalçıları tütünün və tütün məmulatının reklamını əks etdirməyən sosial, mədəni və təhsil tədbirlərinin sponsorluğu və reklamı zamanı öz firma adlarından maneəsiz istifadə edir.
Qanuna dəyişiklik onun "Reklam haqqında" qanuna uyğunlaşdırılması məqsədi ilə həyata keçirilir.

Teqlər:  Tütün tütün məmulatını alanlara hədiyyənin təklifi qadağan edilir



RƏYLƏR


Top xəbərlər