Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Deputat: “Qarabağa qanunsuz səfər edənlərə qarşı sərt tədbirlər görülməlidir”

Deputat: “Qarabağa qanunsuz səfər edənlərə qarşı sərt tədbirlər görülməlidir”

Date: 29 November 2016 13:23

“Dağlıq Qarabağa qanunsuz səfər edənlərə qarşı daha sərt tədbirlər görülməlidir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva bildirib.

O deyib ki, Dağlıq Qarabağa qanunsuz səfər edənlərin böyük əksəriyyəti orada tədbirlərdə iştirak edir, daha sonra isə Bakıya səfərlər edirlər:

“Bu adamlar sonradan Bakıda keçirilən tədbirlərə də qatılırlar. Hər dəfə də bildirirlər ki, bilməmişik, xəbərimiz olmayıb, üzr istəyirik və sairə. Bir çoxlarının da adları sonradan “qara siyahı”dan çıxarılır. Bu günlərdə də Fransa parlamentinin “Fransa-Qarabağ” dostluq qrupunun üzvləri Dağlıq Qarabağa qanunsuz səfər ediblər. Hesab edirəm ki, bütün bunlar qəti yolverilməzdir və bu cür hallara qarşı daha sərt tədbirlər görülməlidir”.

Vasif Həsənli


Tags:  Deputat Qarabağa qanunsuz səfər edənlərə qarşı sərt tədbirlər görülməlidir


RƏYLƏR


Top news