QMİ-nin sədr müavini: "Həyat bilgisi" dərsliyində İslam dini şagirdlərə düzgün şəkildə çatdırılmır"

QMİ-nin sədr müavini: "Həyat bilgisi" dərsliyində İslam dini şagirdlərə düzgün şəkildə çatdırılmır"
13:37 29 Noyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ "Hazırda Azərbaycanda orta məktəblərin IV sinfində tədris olunan "Həyat bilgisi" dərsliyində şagirdlərə İslam dini düzgün, məntiqli şəkildə çatdırılmır". 
"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı, ilahiyyatçı alim Hacı Fuad Nurullah Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), QMİ və Mətbuat Şurasının birgə layihəsi əsasında jurnalistlər üçün "Milli-mənəvi dəyərlər və KİV" mövzusunda təşkil olunan treninqdə deyib.
Onun sözlərinə görə, kitabda namaz qılan şəklinin altında müsəlman yazılıb: "Bu, doğru deyil, tamamilə məntiqsiz yanaşmadır. Şagirdlərə din düzgün tədris olunmalıdır. Biz bu məsələylə bağlı Təhsil Nazirliyinə müraciət etsək də, hələlik nəticə yoxdur".

Xəbərin orijinal ünvanı: https://report.az/din/heyat-bilgisi-dersliyinde-i-slam-dini-sagirdlere-duzgun-sekilde-catdirilmir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR