Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Deputat: "Azərbaycan Qarabağ ermənilərinə müraciət etməlidir"

Deputat: "Azərbaycan Qarabağ ermənilərinə müraciət etməlidir"

Date: 29 November 2016 13:42

"Azərbaycan hökuməti Qarabağ ermənilərinə müraciət etməlidir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Z.Oruc bildirib ki, doğrudur, bu müraciətin də perspektivli olması inandırıcı deyil:

"Amma biz öz borcumuzdan çıxmalıyıq. Biz Dağlıq Qarabağ ermənilərinə deməliyik ki, sizi Qarabağda girov saxlayan Ermənistan hakimiyyətidir. Əgər silahı yerə qoyub təslim olsanız, sizi Azərbaycan vətəndaşlığı gözləyir. Azərbaycan dövlətini, Konstitusiyasını, ərazi bütövlüyünü qəbul edən, silahı yerə qoyan erməniləri daha yaxşı perspektiv gözləyir. Amma Xocalı faciəsini və xalqımıza qarşı digər cinayətləri törətmiş ermənilər bağışlanılmayacaq".

Milli.Az


Tags:  Deputat Azərbaycan Qarabağ ermənilərinə müraciət etməlidir


RƏYLƏR


Top news