"Qərarlar sosial ədalət prinsiplərinə əsaslanıb"

"Qərarlar sosial ədalət prinsiplərinə əsaslanıb"
13:47 29 Noyabr 2016
94 Ölkə
Ölkə mətbuatı
A- A+

"Tarif Şurasının son qərarları sosial ədalət prinsiplərinə əsaslanıb". Milli.Az bildirir ki, bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Ceyhun Xəlilzadə deyib.

O qeyd edib ki, vətəndaşların gündəlik istifadəsi üçün qaz və elektrik enerjisinin qiymətinin köhnə tariflərdə saxlanılması ədalət prinsiplərinə əməl olunmasından irəli gəlir: "Tarif Şurasının qərarları kommersiya şirkətləri ilə sadə vətəndaşların ödənişində fərq yaradacaq. Bu da sosial ədalət prinsipini təmin edəcək. Hər bir ailə üçün 1500 kubmetr qaz bəs edir. Ancaq ticarət və istehsalat müəssisələrində daha çox qaz sərf edilir. Hazırda "kombi" sistemləri quraşdırılıb ki, bu da aşağı təzyiqlə işləməklə yanaşı, qaza çox qənaətcildir. Qərarda isə bildirilir ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək, bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb. Elektrik enerjisinin pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Tarif Şurasının qərarları elektrik enerjisi və qazdan adi qaydada istifadə edən sadə vətəndaşlara təsir göstərməyəcək. Bu qərarlar, eyni zamanda elektrik enerjisi və təbii qazın sərfiyyatına daha qənaətlə yanaşmaya və izafi istehlakın qarşısının alınmasına müsbət təsir göstərəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/494075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR