Siqaret çəkənlərə bəd xəbər: MİLLİ MƏCLİSDƏ YENİ QANUN

Siqaret çəkənlərə bəd xəbər: MİLLİ MƏCLİSDƏ YENİ QANUN
13:47 29 Noyabr 2016
334 Ölkə
Ölkə mətbuatı
A- A+

Tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklik edilib.

Dəyişikliyə əsasən, tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılır. 

Belə ki, "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişikliyə əsasən, tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir.

Həmçinin tütün və tütün məmulatının və onun ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan edilir. 

Digər dəyişikliyə əsasən isə tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər. 

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR