Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda pulsuz "wi-fi" şəbəkəsinin istifadəyə verilmə tarixi açıqlanıb

Bakıda pulsuz "wi-fi" şəbəkəsinin istifadəyə verilmə tarixi açıqlanıb

Date: 29 November 2016 13:57

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakı şəhərində pulsuz "wi-fi" şəbəkəsinin geniş istifadəyə verilmə tarixi bəlli olub. 
"Report"un əldə etdiyi məlumata görə, 2017-ci ilin mart ayından etibarən Bakıda müəyyən edilmiş ərazilərdə pulsuz simsiz internet şəbəkəsindən istifadə etmək mümkün olacaq.
"Public free wi-fi" layihəsini reallaşdıracaq Çinin "Huawei" şirkətinin Bakı ofisinin tərəfdaşlarla satış üzrə meneceri Səfər Səfərov "Report"a bildirib ki, pulsuz internet şəbəkəsi əsasən üç istiqamətdə yayılacaq: "İlkin olaraq Bayraq meydanı daxil olmaqla Dənizkənarı Milli Park, Fəvvarələr meydanı və "İçərişəhər" dövlət qoruğunda ictimai pulsuz "wi-fi" şəbəkəsi tətbiq olunacaq". 
Qeyd edək ki, hazırda qeyd edilən ərazilərdə kabelləşmə işləri aparılır. Yaxın vaxtlarda sınaq işlərinin keçirilməsi nəzərdə tutulur.


Tags:  Bakıda pulsuz wi-fi şəbəkəsinin istifadəyə verilmə tarixi açıqlanıb


RƏYLƏR


Top news