Kolumbiyada qəzaya uğrayan təyyarə ilə Messi də uçub

Kolumbiyada qəzaya uğrayan təyyarə ilə Messi də uçub
14:02 29 Noyabr 2016
316 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Braziliyanın "Şapekoense” klubunun qəzaya uğradığı təyyarədən əvvəllər Lionel Messinin kapitanı olduğu Argentina yığması bir neçə dəfə istifadə edib.
"Report"un məlumatına görə, bu haqda Kolumbiyanın "Atletiko Nasyonal” kubunun prezdenti Xuan Karlos de la Kuesta açıqlama verib. Braziliyalılar məhz Kolumbiya təmsilçisi ilə Cənubi Amerika Kubokunun ilk final oyununa yollanıblar. 
O da məlum olub ki, "Şapekoense” üzvləri təyyarə reysini dəyişməyə məcbur olublar. Çünki ilk olaraq plan çarter reysi imiş. Ancaq sonra kommersiya reysi ilə səfərə çıxmaq üstün tutulub ki, bu da ondan 2 saat gec olub. Həmin reyslə uçan təyyarə Kolumbiyanın Medelyin şəhərinə yaxın ərazidə qəzaya urayıb. Qəzadan 6 nəfərin sağ çxıdığı bildirilir. Bunlardan 3-ü futbolçu, digərləri stüardessa, jurnalist və masajçıdır.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kolumbiyada-qezaya-ugrayan-teyyare-ile-messi-de-ucub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR