Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda qəlyanların reklamı qadağan olundu

Azərbaycanda qəlyanların reklamı qadağan olundu

Bu ölkədə uşaqları döymək qadağan olundu (03 Mart 2017 01:08)
Kolbasa, şokolad, qazlı su kimi zərərli məhsulların reklamı ilə bağlı TƏKLİF (22 Fevral 2017 22:12)
Sevgililər Günü qadağan olundu - Məhkəmə qərarı ilə (13 Fevral 2017 16:33)

Tarix: 29 Noyabr 2016 14:03

Azərbaycanda tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan olunub.

Publika.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tütün və tütün məmulatı haqqında” qanuna müvafiq dəyişiklik edilib.

Dəyişikliyə əsasən, tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılıb.

Həmçinin, tütün və tütün məmulatının və onun ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan edilib.

Digər dəyişikliyə əsasən isə tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər “Reklam haqqında” qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Vasif Həsənli


Teqlər:  Azərbaycanda qəlyanların reklamı qadağan olundu



RƏYLƏR


Top xəbərlər