Hacı Şahin: "İslam insana faydalı olan yeniliyin, inkişafın tərəfdarıdır"

Hacı Şahin: "İslam insana faydalı olan yeniliyin, inkişafın tərəfdarıdır"
14:05 29 Noyabr 2016
82 Ölkə
Ölkə mətbuatı
A- A+

"Məscidlərdə xütbələr zamanı gəncləri elm öyrənməyə səsləyən fikirlərə yer verilməlidir". 

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. 
Onun sözlərinə görə, islam dini inkişafın tərəfdarıdır: "İslam dinində dayanmaq, bir gün inkişafdan qalmaq tənəzzülə bərabərdir. İslamda mərkəzdə insan və onun mənafeyi dayanır. İstənilən yenilik ağlın süzgəcindən keçirilərək qəbul edilə bilər". 
Ş.Həsənli bildirib ki, milli mentalitet, dəyərlər adət-ənənə toxunulmaz deyil və təftiş edilə bilər: "İslam insana faydalı olan yeniliyin, inkişafın tərəfdarıdır. Məlumatsızlıq olan yerdə radikalizm çiçəklənir. Buna qarşı mübarizə aparmağın yolu doğru şəkildə maarifləndirilmədir. Məktəbdə din ziyalılar tərəfindən öyrədilməlidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR