"Gördüm ki, oğlum bıçağı əlinə alıb söyüş söyür" - Kənan M.M.

"Gördüm ki, oğlum bıçağı əlinə alıb söyüş söyür" -  Kənan M.M.
14:06 29 Noyabr 2016
765 Şou
Ölkə mətbuatı
A- A+

"Ortancıl qızımı Maşaya bənzədirəm. Baxçadan onu götürəndə müəllimlər şükür edir. Deyir ki, buna qız hərəkətləri öyrədin".

Axşam.az-ın məlumatına görə, bu sözləri rejissor Kənan M.M. "ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişinə açıqlamasında deyib.

Oğlu Hüseynlə proqrama qatılan rejissor onun aktyorluq bacarığı olduğunu söyləyib: 

"Ən razı qaldığım övladım Hüseyndir. Sakit uşaqdır, efirlərdən qaçır. "Qayıdış"dan sonra filmlərə çəkilmək istəyir. Soruşur həmişə ki, rejissor, aktyor nədir? Onun qərarını vermək istəyir. Deyirəm rejissor çəkir, aktyor çəkilir. Məndə irad tutur ki, sən həm çəkilib, həm çəkirsən. "Ləkə" serialının finalında məni bıçaqla vurub öldürürlər. Bir də görürəm ki, Hüseyn mətbəxtə bıçağı əlinə alıb onu söyür. Ən səmimi tamaşaçı uşaqdır".

Hüseyn atasının "Qayıdış" filmini sevdiyini bildirib:

"Sonuncu səhnəni sevirəm. Çox ağlamışdım orada".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR