"Azəriqaz": Hər bir abunəçinin bazası var və istənilən vaxt abunəçi nə qədər ödəniş etdiyini öyrənə biləcək

"Azəriqaz": Hər bir abunəçinin bazası var və istənilən vaxt abunəçi nə qədər ödəniş etdiyini öyrənə biləcək
14:12 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1 500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək 1 kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1 500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Bunu “Report”a “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.
İ.Kərbalayev “Smart” tipli sayğaclarda hesablama aparılması qaydasını da açıqlayıb. Onun sözlərinə görə, narahatlıq üçün heç bir əsas yoxdur, sistem yeni tariflərə uyğunlaşdırılacaq: “Abonent "smart" tipli sayğaca pulunu köçürəcək. 1 500 kubmetrə qədər köhnə qiymətlə qəbul ediləcək. Yəni il ərzində qaz kartına yüklənən 1 500 kubmetrədək (150 manatadək) qaza görə hər kubmetr 10 qəpikdən hesablanacaq. 1 500 kubdan sonra isə yeni qiymətlə - 20 qəpikdən hesablanacaq. Sayğaclar özü bunu tənzimləyəcək”.
Qurum rəsmisi deyib ki, “Smart” kartların dəyişdirilməsinə ehtiyac yoxdur. Hər bir abunəçinin bazası var və istənilən vaxt abunəçi nə qədər ödəniş etdiyini öyrənə biləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azeriqaz-her-bir-abunecinin-bazasi-var-ve-istenilen-vaxt-abuneci-ne-qeder-odenis-etdiyini-oyrene-b

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR