Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Orqan transplantasiyası reklamı ilə bağlı mətbuata QADAĞA

Orqan transplantasiyası reklamı ilə bağlı mətbuata QADAĞA

Date: 29 November 2016 14:12

Azərbaycanda insan orqanlarının transplantasiyası barədə reklamın tibbi ixtisaslaşması olmayan mətbuat, televiziya və digər vasitələrdə yerləşdirilməsi qadağan olunur.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
 
Qanunun 16-cı maddəsinə edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, transplantasiya barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərdə, tibbi işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana biləcək.
Layihə parlamentdə səsverməyə qoyularaq qəbul olunub.

Milli.Az


Tags:  Orqan transplantasiyası reklamı bağlı mətbuata QADAĞA

RƏYLƏR


Top news