Bakı evinin həyətindən küçəyə çıxmaq istəyən şəxsi avtomobil vurub

Bakı evinin həyətindən küçəyə çıxmaq istəyən şəxsi avtomobil vurub
14:17 29 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakıda 45 yaşlı kişini avtomobil vuraraq ərazidən qaçıb. 
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.
Belə ki, Nərimanov küçəsi ev 6-dan çölə çıxan 1971-ci il təvəllüdlü Yusifov Arzu Eyyub oğlunu naməlum avtomobil vurub və ərazidən uzaqlaşıb. Xəsarət alan A.Yusifov qonşuluqda yaşayan şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-evinin-heyetinden-kuceye-cixmaq-isteyen-sexsi-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR