Bakıda pulsuz "wi-fi"ın verilmə tarixi açıqlanıb

Bakıda pulsuz "wi-fi"ın verilmə tarixi açıqlanıb
14:22 29 Noyabr 2016
173 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində pulsuz "wi-fi" şəbəkəsinin geniş istifadəyə verilmə tarixi bəlli olub. 

Milli.Az report-a istinadən xəbər verir ki, 2017-ci ilin mart ayından etibarən Bakıda müəyyən edilmiş ərazilərdə pulsuz simsiz internet şəbəkəsindən istifadə etmək mümkün olacaq.
"Public free wi-fi" layihəsini reallaşdıracaq Çinin "Huawei" şirkətinin Bakı ofisinin tərəfdaşlarla satış üzrə meneceri Səfər Səfərov "Report"a bildirib ki, pulsuz internet şəbəkəsi əsasən üç istiqamətdə yayılacaq: "İlkin olaraq Bayraq meydanı daxil olmaqla Dənizkənarı Milli Park, Fəvvarələr meydanı və "İçərişəhər" dövlət qoruğunda ictimai pulsuz "wi-fi" şəbəkəsi tətbiq olunacaq". 
Qeyd edək ki, hazırda qeyd edilən ərazilərdə kabelləşmə işləri aparılır. Yaxın vaxtlarda sınaq işlərinin keçirilməsi nəzərdə tutulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR