Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qəzaya uğrayan təyyarə ilə Messi də uçub

Qəzaya uğrayan təyyarə ilə Messi də uçub

Date: 29 November 2016 14:27

Braziliyanın "Şapekoense” klubunun qəzaya uğradığı təyyarədən əvvəllər Lionel Messinin kapitanı olduğu Argentina yığması bir neçə dəfə istifadə edib.


"Report"un məlumatına görə, bu barədə Kolumbiyanın "Atletiko Nasyonal” kubunun prezdenti Xuan Karlos de la Kuesta açıqlama verib. Braziliyalılar məhz Kolumbiya təmsilçisi ilə Cənubi Amerika Kubokunun ilk final oyununa yollanıblar. 


O da məlum olub ki, "Şapekoense” üzvləri təyyarə reysini dəyişməyə məcbur olublar. Çünki ilk olaraq plan çarter reysi imiş. Ancaq sonra kommersiya reysi ilə səfərə çıxmaq üstün tutulub ki, bu da ondan 2 saat gec olub. Həmin reyslə uçan təyyarə Kolumbiyanın Medelyin şəhərinə yaxın ərazidə qəzaya uğrayıb. Qəzadan 6 nəfərin sağ çxıdığı bildirilir. Bunlardan 3-ü futbolçu, digərləri stüardessa, jurnalist və masajçıdır.





Tags:  Qəzaya uğrayan təyyarə Messi uçub

RƏYLƏR


Top news