Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Müğənniyə görüş üçün 100 min TƏKLİF ETDİ - FOTO

Müğənniyə görüş üçün 100 min TƏKLİF ETDİ - FOTO

"Murad Arif çox pis adamdır" (16 Fevral 2017 12:22)

Tarix: 29 Noyabr 2016 14:32

Məşhur simalara sosial şəbəkə hesablarından edilən yemək üçün görüş təklifləri zaman-zaman "Əxlaqsız təklif" başlıqlarıyla "maqazin" KİV-lərin səhifələrində yer tapır.

Milli.Az sozcu-yə istinadən xəbər verir ki, ancaq müğənni Ebru Poladın sosial şəbəkə hesabından etdiyi bir paylaşım hər təklifin əxlaqsız olmadığını göstərib.

Ebrunun: "Aldığım ən gözəl təklif. Mövzu xeyriyyə təşkilatı olduqda isə hər şey gözəlləşər. Üslub, ədəb, yol yoldaşlığı budur", - şərhləri ilə paylaşdığı mesajda bir yemək təklifi aldığı açıq-aşkar görünür. Onunla şam yeməyi yemək üçün 100 min dolları verməyə hazır olan bir şəxsin: "Bu pulu hər hansı bir yardım fonduna bağışlamaq istəyirəm" ifadəsi Ebru Poladın könlünü qazanmağa kifayət edib.

Bu da Ebru Polada xüsusi hesabından gələn o təklif: "Salam. Mən sosial şəbəkədə çox olan bir adam deyiləm. Bir də aldatmağı sevmirəm. Birlikdə bir axşam yeməyi üçün sizin seçəcəyiniz, istədiyiniz hər hansı bir yardım fonduna 100 min dollar hədiyyə etmək istəyirəm".

Təhməz Təkin

Milli.Az



Teqlər:  Müğənniyə görüş 100 min TƏKLİF ETDİ FOTO



RƏYLƏR


Top xəbərlər