Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Bakutel-2016” sərgisinin iştirakçıları hədiyyələr qazanacaq

“Bakutel-2016” sərgisinin iştirakçıları hədiyyələr qazanacaq

Date: 29 November 2016 14:35

"Elektron hökumət" portalının operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Bakutel-2016" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında öz yeniliklərini təqdim edəcək.

Gündəlik yaşayışınızı sadələşdirəcək elektron xidmətlər barəsində məlumat almaq, eyni zamanda sərgiyə ayırdığınız vaxtı əyləncəli keçirmək istəyirsinizsə, onda mütləq "Elektron hökumət" stendinə baş çəkin. Stendin ziyarətçiləri "Artırılmış Reallıq" (Augmented Reality) texnologiyasının tətbiqi ilə maraqlı viktorinanın iştirakçısına çevriləcək.
 
Viktorinada necə iştirak etmək olar?

Sərgi üçün xüsusi hazırlanmış mobil tətbiq vasitəsilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin stendlərində yerləşdiriləcək posterləri skan edərək poster üzərində canlanan videoları izləmək mümkündür. Siz iştirakçılara isə təkcə bu videoları diqqətlə izləmək və sonda ekrana çıxacaq sualı doğru cavablandırmaq düşür.

Viktorinaya hazır olmaq üçün, mobil cihazınızın əməliyyat sisteminə uyğun marketdən (Apple Store/Google Play) "EGOV AR" yazmaqla tətbiqi yükləyə bilərsiniz. Mobil tətbiqin istifadəçi təlimatı ilə tanış olmağı unutmayın.

Videolar hansı mövzuları əhatə edəcək?

Viktorinanın keçirilməsində məqsəd sosial yönümlü elektron xidmətlər, "Elektron hökumət" portalı çərçivəsində görülən işlər barədə vətəndaşların maarifləndirilməsi və elektron xidmətlərin istifadəsinə marağın artırılmasıdır. Elə bu məqsədlə də, videolar aşağıdakı mövzuları əhatə edəcək:

·         "Elektron hökumət" portalı;
·         "Elektron Arayışlar";
·         "Yeni Nəsil Şəxsiyyət Vəsiqəsi"; 
·         "Elektron İmza";
·         "IMEI Kod";
·         "157 Çağrı Mərkəzi"; 

Bütün sualları düzgün cavablandıran iştirakçı portalın operatoru tərəfindən maraqlı hədiyyələrlə mükafatlandırılacaq.

Tətbiqi yükləmək və daha ətraflı məlumat əldə etmək üçün buraya keçid edin.



Tags:  Bakutel-2016 sərgisinin iştirakçıları hədiyyələr qazanacaq



RƏYLƏR


Top news