Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bakutel-2016"-da 4G-nin gücünü "Azercell" lə sına!

"Bakutel-2016"-da 4G-nin gücünü "Azercell" lə sına!

Date: 29 November 2016 14:48

Öz abunəçilərini sərfəli və sürətli internet xidməti ilə təmin edən Azercell Telekom onların həyat şəraitini bir çox aspektlərdə yaxşılaşdırmaq məqsədilə ən son innovasiyaların tətbiqinə əsaslanan strategiyasını davam etdirir. Yeni simsiz, geniş əhatəyə malik xidmətlər Azercell müştərilərinə yaşadıqları yerdən asılı olmayaraq, internet vasitəsilə öyrənmək, işləmək və əyləncəli vaxt keçirməyə imkan yaradacaq.

Bu baxımdan, Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Bakutel 2016 sərgi-konfransında, Azercell məmnuniyyətlə stend ziyarətçilərinə yüksək sürətli Mobil İnternetin gücünü nümayiş etdirir. Buraya müxtəlif ağıllı (smart) cihazlar, o cümlədən məlumatların toplanmasına və mübadiləsinə, mövcud şəbəkə infrastrukturunda obyektlərin uzaqdan idarə edilməsinə, iş mühitində effektivliyin artırılmasına səbəb olan elektron cihazlar, və yaxud proqram təminatı ilə təchiz edilmiş intellektual nəqliyyat sistemi ilə təmsil olunmuş Əşyalarıın İnterneti (Internet of Things) daxildir.

Şirkətin geniş stendi üç hissədən ibarətdir və hər bir hissə Mobil Internetin müasir insanın həyatı və asudə vaxtının ayrılmaz hissəsi olduğunu bariz şəkildə nümayiş etdirir.

Həyat və Təhsil üçün İnternet:

Bu hissədə, biz rekord sürətədək çatan 4G+ cihazını sınaqdan keçirmək üçün ziyarətçiləri Azərcell-in müasir stendinə dəvət edirik.

Burada, həmçinin, ən son texnoloji innovasiyalar və Azercell-in yüksək sürətli internet əsasında təmin etdiyi müxtəlif məhsullar və xidmətlər, məsələn artıq məşhur olan Bookmate əlavəsi, Video streaming (Video axını), eləcə də Əşyaların İnternetinə aid ən son cihazlar və yeniliklər, məsələn, Microsoft HoloLens, Leap Motion, Smart Home (Ağıllı Ev) sisteminin komponentləri kimi nümayiş olunan Smart Traveler Bag (Ağıllı Səyahətçi Çantası), Smart Door Bell (Ağıllı Qapı Zəngi), valideynlər üçün nəzarət cihazı Mother(Ana), həmçinin İnternet əsaslı xidmətlər olan Coursera’s Massive Açıq Onlayn Kursları, Kodak Smart və sair trendlər və məhsullar nümayiş olunur.

Bakutel 2016 sərgisinin açılış günündə Azercell Telekom dünyanın məşhur Music Streaming (musiqi axını) xidməti olan Zvooq əlavəsini rəsmi istifadəyə verir. Xatırladaq ki, bu xidmət ilk dəfə Azercell-in Bakutel 2015 stendində qonaqlar sınaqdan keçirmşdi. Azercell abunəçiləri ayda yalnız 3.5 AZN abunə haqqı ödəməklə, Zvooq əlavəsi üçün eksklüziv təklif qazanır: mobil telefonun balansı vasitəsilə rahat ödəmə imkanı, musiqi yükləmə, oflayn rejimdə istifadə, reklamsız və ötürmə məhdudiyyəti olmadan HQ (yüksək keyfiyyətli) striminq və yükləmə. Zvooq əlavəsi indi Azərbaycanda yalnız Azercell müştəriləri üçün eksklüziv təklif olunur: https://www.azercell.com/az/personal/services/partner_services/zvooq/





Tags:  Bakutel-2016-da 4G-nin gücünü Azercell sına



RƏYLƏR


Top news